Xəbər verdiyimiz ki, Qax rayonunun Əmircan kənd sakini İxtiyar Mirzəbəyov azyaşlı dializ xəstəsi olan qızının dövlət xəstəxanalarında müalicə etdirilə bilməməsi ilə bağlı kömək istəyib.
Onun sözlərinə görə, Özbəkistan vətəndaşı olan qızı Xəzangül böyrək çatışmazlığından əziyyət çəkir və həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Lakin uşağın xarici vətəndaş olması səbəbindən dövlət tibb müəssisələri onu qəbul etmir. Ata bildirir ki, məcbur qalaraq hər həftə qızını Bakıda yerləşən özəl xəstəxanalara aparır və bu müalicə ona həftəlik 400–500 manata başa gəlir. Maddi imkanlarının tükəndiyini deyən valideyn artıq çıxılmaz vəziyyətdə qaldığını bildirir.
NOCOMMENT.az -a danışan çarəsiz ata ilk olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına getdiklərini, amma imtina aldıqlarını deyib. Daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edən ailə yenə müsbət cavab ala bilməyib.
Bakıda TƏBİB-in Hemodializ komissiyasının sədri Çiçək Əhmədova da ailəyə imtina cavabı verərək, “sənədinə görə ancaq özəldə müalicə olunmalıdır” deyib.
Ata sənədlərinin tez zamanda həll olunması, ondan da öncə isə övladının vəziyyətinin gözləməyə uyğun olmaması və maddi tüklənmələri səbəbindən müalicəsinin dövlət xəstəxanalarında həyata keçirilməsi üçün kömək istəyib.
Atanın müraciətini təqdim edirik:
Aliyə