Bakı. Trend:
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olanişçilərin siyahısında dəyişiklik ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, 1941-1945-ci illər müharibəsindədöyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş,lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara 46təqvim günündən az olmayaraq məzuniyyət verilir.
Layihəsdə sözügedən müddəanın qanunvericilikdən çıxarılmasıtəklif edilir.