AZ

Ermənistan vətəndaşlarının məhkəməsində tərəflərə replika hüququndan istifadə etmək imkanı yaradılıb

Bakı. Trend:

Dekabrın 11-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasıvətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesidavam etdirilir.

Trend xəbərverir ki, məhkəmə iclasında tərəflərə replika hüququndan istifadəetmək imkanı yaradılıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında əvvəlcətəqsirləndirilən şəxslərin cinayətkar birlikdə rollarınınmübahisələndirilməsinə dair hissə barədə danışıb. Xatırladıb ki,müdafiə tərəfinin fikrincə, cinayətkar birlik dünya təcrübəsinəəsasən, kriminal cinayətlərin törədilməsi üçün yaradılır. Dövlətittihamını müdafiiə edən prokurorun sözlərinə görə, məhkəməiclasında tədqiq edilmiş sübutlarla da təsdiqlənib ki, birinciQarabağ müharibəsi başlanmazdan bir neçə il əvvəl qeyd ediləncinayətkar dəstələr formalaşdırılmağa başlanmışdı: “Doğrudur,tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, həmin dəstələrhəqiqətən də Ermənistan rəhbərliyi tərəfindən dəstəklənib vəsilahlandırılıb. Lakin sonradan biz gördük ki, həmin silahlıdəstələrin rəhbərləri və üzvləri Azərbaycanın işğal olunmuşərazilərində yaradılmış qondarma qurumda və Ermənistanda mühümsiyasi və hərbi postlar tutdular. Yəni, həmin dəstələr təsadüfi,özbaşına birliklər deyildi və sonradan da Azərbaycan əraziləriniişğal edən cinayətkar ordunun tərkib hissələrinə çevrildilər.Təqsirləndirilən şəxslərə gəldikdə, onlardan məsələn, DavidManukyan Şuşa batalyonunun üzvü, Davit İşxanyan “28-ci Martuni”batalyonunun komandiri olub. Hansı ki, bu və digər batalyonlar məhzqeyd edilən qanunsuz dəstələrin adının dəyişmiş, daha mütəşəkkil vəhərbiləşdirilmiş forması olub”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Məqalədə:
Seçilən
5
21
az.trend.az

10Mənbələr