AZ

Forbes ilin ən nüfuzlu 100 qadınının adını açıqladı

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Nüfuzlu Amerika jurnalı "Forbes" 2025-ci ildə dünyanın ən nüfuzlu yüz qadınının siyahısını dərc edib.

Qaynarinfo xəbər verir ki, siyahı jurnalın saytında dərc olunub.

Reytinqə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen başçılıq edir. İkinci yeri Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard tutur. İlk üçlüyü bu yaxınlarda Yaponiyanın Baş naziri vəzifəsini tutan tarixdə ilk qadın olan Sanae Takaiçi bağlayır.

İlk onluğa həmçinin İtaliya hökumətinin başçısı Corcia Malone, Meksika prezidenti Klaudiya Şeynbaum, "Accenture" şirkətinin baş direktoru Culi Svit, "General Motors" şirkətinin baş direktoru Meri Barra, qlobal "City" bankının baş direktoru Meri Barra, "Fidelity Investments" şirkətinin baş direktoru Abigail Conson və prosessor və qrafik çiplərinin istehsalında liderlərdən biri olan "Advanced Micro Devices" (AMD) şirkətinin baş direktoru Liza Su daxildir.

Qeyd olunur ki, dünyaca məşhur amerikalı pop müğənnisi Teylor Svift reytinqdə 21-ci yeri tutub. Litvanın Baş naziri İnqa Ruqiniene 81-ci yerdə qərarlaşıb.

2025-ci ilin ən nüfuzlu yüz qadınının reytinqini Amerika cizgi filmi "K-pop Demon Hunters"in qadınları qapayır.

İlin ən nüfuzlu qadınlarının TAM SİYAHISI

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
qaynarinfo.az

1Mənbələr