AZ

"Ondan boşanmaq ən yaxşı qərarlardan idi"

Aktrisa Melis İşiten Uraz Kaygılaroğlunun "YouTube" layihəsində qonaq olaraq şəxsi həyatına dair verdiyi açıqlamalarla sosial medianın diqqətini çəkib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İşıtenin boşanma ilə bağlı səmimi fikirləri qısa zamanda gündəmə çevrilib.

Proqram zamanı Uraz Kaygılaroğlunun "Boşanmanın sizə faydası oldumu?" sualını cavablandıran aktrisa ayrılığın onun üçün müsbət təsir etdiyini bildirib:

"Həyatımda verdiyim ən doğru qərarlardan biri idi. Mənə yaxşı gəldi," - deyə İşiten vurğulayıb.

Onun bu sözləri sosial şəbəkələrdə müxtəlif reaksiyalarla qarşılanıb. İzləyicilər arasında "Siz ikiniz ən avropalı ayrılmış cütlüksünüz", "Çox mədəni davrandınız" kimi rəylər yazanlar da olub, bəzi istifadəçilər isə bunu "medianın diqqətini çəkmək üçün deyilmiş açıqlama" adlandırıblar.

Qeyd edək ki, aktyor Uraz Kaygılaroğlu və Melis İşiten 2014-cü ildə ailə qurub. Cütlüyün 2016-cı ildə Ada adlı qızları dünyaya gəlib. Onlar 2019-cu ildə rəsmi olaraq yollarını ayırıblar.

Musa
Milli.Az

Seçilən
10
1
milli.az

2Mənbələr