AZ

MəhkəməQırğızıstan prezidentinintəklifini RƏDDETDİ

Ajans.az xəbər verir ki, bu barədə Qırğızıstan Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. “İnsan hüquqları və azadlıqları dövlətin təməl dəyəridir və onları zəiflətmək olmaz. Konstitusiya ölkənin hüquq sisteminin bir hissəsi olan beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət etməyi tələb edir. Bu baxımdan, qanun layihəsi referenduma təqdim edilə bilməz və təşəbbüsün həyata keçirilməsi ilə bağlı bütün prosedurlar dayandırılır”, - məlumatda deyilib.

Qeyd edək ki, oktyabrın 1-də Qırğızıstan Prezidenti Sadır Japarov uşaqlara təcavüz etmək, eləcə də qadınların təcavüzü və qətli üçün ölüm hökmünün tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanmasına göstəriş vermişdi. Bu qərarın səbəbi isə İssık-Kulda 17 yaşlı qızın vəhşicəsinə qətlə yetirilməsi olmuşdu.

Seçilən
21
Ajans.az

1Mənbələr