AZ

“Fiorentina” Rodriqo Bekaonu istəyir

“Fənərbaxça”nın heyətindən kənarda qalan braziliyalı mərkəz müdafiəçisi Rodriqo Bekao yanvar ayında “Fiorentina”ya transfer oluna bilər.

Apasport.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, A Seriyası təmsilçisi müdafiə xəttini gücləndirmək üçün Bekaonu qış transfer pəncərəsinin prioritet hədəflərindən biri kimi müəyyənləşdirib. 

Bekaonun yanvarda “Fənərbaxça”dan ayrılması artıq real variant hesab olunur və futbolçu ilə Portuqaliya klublarından birinin də maraqlandığı bildirilir.

Braziliyalı futbolçunun agentinin danışıqları sürətləndirmək üçün hazırda İtaliyada olduğu irəli sürülüb.

29 yaşlı müdafiəçi ilə “Fənərbaxça”nın müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.

"Roma" "Mançester Yunayted"in futbolçusu ilə danışıqlara başlayıb

Lamin Yamal Mbappenin rekordunu yeniləyib

Ronaldoya istehzalı sataşma: "Əl Nəsr"ə gedəndən 200 penalti vurub”

İngiltərənin üç klubu Arda ilə maraqlanır

Domeniko Tedesko: "Mən heç vaxt bu vəziyyətə görə ağlamaram"

Seçilən
41
1
apasport.az

2Mənbələr