AZ

Aktyorun çıxışı hamını ağlatdı Video

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə "GQ" tərəfindən təşkil olunan "İlin adamı" mükafatlandırma gecəsi baş tutub.

Axşam.az-ın məlumatına görə, gecədə "İlin beynəlxalq uğur mükafatı"na layiq görülən aktyor Aras Aydın çıxışı zamanı duyğulanıb. Sentyabrda atasını itirən aktyor qəhərlənib:

"Bundan əvvəl Venesiyada aldığım mükafatda atam reanimasiyada idi. Sonra onu itirdik (kövrəlir). Üzr istəyirəm, belə bir niyyətim yox idi. Həmin mükafatı əlinə aldı, təəssüf ki, bunu görə bilməyəcək. Amma hiss edir deyə, düşünürəm. Bu mükafatı hələ həyatda olan, yanına getdiyimdə hələ də məni yola salan, dua edən, arxamca su səpən bircə anam üçün alıram. Ona həsr edirəm". 

Tamaşaçılar arasında Arasın həyat yoldaşı, aktrisa Melis Birkan da yer alıb. O da göz yaşlarına hakim ola bilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
axsam.az

1Mənbələr