AZ

QHT sədri: “Son üç ildə əlilliyi olan şəxslərin hüquqları sahəsində ciddi irəliləyiş müşahidə olunur”

QHT.az xəbər verir ki, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində keçirilən növbəti görüşdə təşkilat nümayəndələri də iştirak edib.

Onun sözlərinə görə, görüş DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi çərçivəsində təşkil olunub. Tədbir “İnformasiya müyəssərliyi” mövzusuna həsr edilib və Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, Audiovizual Şura, “Karlara Dəstək” İctimai Birliyi və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin təmsilçiləri də iştirakçı qismində yer alıb:

"Artıq 3 ildir ki, DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqlarına dair dövlət monitorinqi sahəsində fəaliyyət göstərən işçi komissiyasının görüşlərində eşitmə məhdudiyyətli şəxslərin hüquqlarının müdafiəsi istiqamətində iştirak edir və öz təkliflərimizi təqdim edirik. Sevindirici haldır ki, son üç il ərzində bu sahədə nəzərəçarpan irəliləyişlər əldə olunub. İnanırıq ki, qarşıdakı dövrdə daha da gözəl işlər görüləcək və müsbət dəyişikliklər davamlı olacaq. Dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında formalaşan əməkdaşlıq nümunəsi əlilliyi olan şəxslərin hüquqlarının təminində mühüm rol oynayır və bu platformanın güclənməsi gələcək fəaliyyətlər üçün böyük əhəmiyyət kəsb edir. "

Seçilən
22
qht.az

1Mənbələr