AZ

Kəlbəcərdə dağkeçilərinin tələf olmasının səbəbi bilindi

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə Kəlbəcər rayonunda qayalıq ərazidə dağkeçilərinin tələf olması ilə bağlı görüntülər paylaşılıb.

Görüntülərdə dağkeçilərindən birinin elektrik dirəyində, digərlərinin isə yerdə öldüyü görünür.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, görüntülərlə bağlı ərazidə aidiyyəti qurumlar araşdırmalara başlayıb.

Hazırda hadisə ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırmalar zamanı əraziyə ilkin baxış keçirilib.

Baxış zamanı heyvan qalıqlarında hər hansı bir ov izi aşkarlanmayıb.

İlkin ehtimala görə, heyvanlar qayalıqdan yıxılaraq xəsarət alıb və tələf olublar.

Daha bir dağkeçisi isə qayalıqdan tullanarkən ərazidən keçən yüksəkgərginlikli elektrik xəttinə toxunaraq, cərəyanvurma nəticəsində ölüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr