AZ

6-7 ildir yağış yağanda evləri və küçəni su basır - Şikayət/Video

Sabunçu rayonu Yavər Əliyev küçəsində son günlər intensiv yağıntı nəticəsində su yığılması sakinlərin və sürücülərin narazılığına səbəb olub.

Sakinlər və sürücülər AzTV-yə müraciət edərək vəziyyətin hər qış təkrarlanan problem olduğunu bildiriblər. Sürücülərdən biri deyib ki, 6-7 ildir eyni vəziyyət davam edir və qonşuların evləri dəfələrlə su altında qalıb. Digər vətəndaş əlavə edib ki, yolun kanalizasiya sistemi işləmədiyindən maşınlarda problem yaranır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda tullantı su şəbəkəsinin yenilənməsi layihəsi hazırlanıb və işlərin başlanması üçün müvafiq qurumlara müraciət olunub. Layihəyə müsbət cavab verildikdən sonra icrası həyata keçiriləcək.

Seçilən
1
1
anews.az

2Mənbələr