Gəncədə yaşlı kişi suda boğulub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki 86 yaşlı Hilal Cəfərov qəsəbə ərazisində su kanalına düşüb. Yaşlı kişi suda boğularaq vəfat edib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Turab