AZ

Bakıda şagirdlər saqqızdan zəhərlənib

Bakı. Trend:

14 nömrəli tam orta ümumtəhsil məktəbindən verilmiş məlumatdaqeyd olunur ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdənözlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq vəürəkbulanma əlamətləri müşahidə edilib.

Bu barədə Trend-ə 14 nömrəli tam orta ümumtəhsil məktəbdənməlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbiyardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinəçatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına vəşagirdlərin valideynlərinə məlumat verib.

İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsəgələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinifyoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlarözlərini narahat hiss etməyə başlayıblar.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiqaraşdırmalara başlanılıb.

Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbiprosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğubildirilir.

Seçilən
10
22
az.trend.az

10Mənbələr