Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutacaq.
Öncə 14 xalla 2-ci pillədə mövqe tutan "Turan" Tovuzda "Milli Aviasiya Akademiyası"nı qəbul edəcək. Ardından isə autsayder "Gənclər" UNEC-lə münasibətlərinə aydınlıq gətirəcək.
Yüksək Liqa
VI tur
11 dekabr
14:00. "Turan" - "Milli Aviasiya Akademiyası"
Tovuz Olimpiya İdman Kompleksi
18:00. "Gənclər" - UNEC
Azərbaycan Voleybol Federasiyasının idman zalı
Kamil Xudiyev