Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rəqqasə Fatimə Fətəliyeva klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun onun haqqında dediyi "Azərbaycan incəsənətini məhv etmək istəyəndir. Bizə düşməndir" sözlərinə cavab verib.
Axşam.az-a açıqlama verən sənətçi Hüseyni haqlı bilib. O qeyd edib ki, həqiqətəndə öz ifası biabırçılıqdır:
"Hüseynə zəng etdim ki, mən müğənni deyiləm, rəqs sənətindəyəm. Verilişlərdə də demişəm ki, bilirəm səsim yoxdur. Boynuma alıram ki, oxuya bilmirəm. Məndən inciməsinlər, Afaqı öpürəm. Amma elə məqam yaradırlar ki, mənim mahnım gedəndə qonaq bilmir kimdir. Ayan da, Hüseyn də tanımadı. Sual verdilər ki, necə oxumaqdır? Mən də elə ifa eşitsəm, deyərəm bərbaddır, biabırçılıqdır. Orada "Ay ürəyim, oğlum" mahnımı verərdilər. Hər yerdə yüksək səviyyədə də alqışlanır.
Hüseyn sənətkardır, musiqiçidir, ürəyi musiqi ilə döyünən biridir. Heç nə demirəm, düz deyir. Sadəcə, soruşdum ki, niyə haqqımda belə dedin? Cavab verdi ki, bilmədim sənsən. Mahnını pisləyib, Fatiməni yox. Musiqinin bu halda olmağı çoxlarını sarsıdır. Hüseyn yaxşı danışmadı ki, düşməndilər.
Bu gün musiqini sənətkarlar yaxşı mahnılarla çatdırmalıdırlar. Oxuduğum mahnı bərbatdır, nə deyim? Ona klip çəkdim, amma heç yerdə oxumuram. Mənə yaraşmadı. "Oğlum" mahnısı mənə yaraşır, onu qoysaydılar yaxşı olardı. Pis söz deyilməzdi".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.