AZ

Bakıda “Hörümçək-Qadın” peyda oldu - hündürmərtəbəli binada həyatı ilə oynadı - VİDEO

Futbol freestyleri Nuqzar Kvirtiya Bakıda çəkdiyi maraqlı, eyni zamanda təhlükəli görüntüləri sosial şəbəkədə paylaşıb.

Milli.Az xəbər verir ki, o, şəhərdə çoxmərtəbəli binalardan birində heç bir qoruyucu vasitə olmadan yüksək mərtəbənin pəncərəsini silən qadını kameraya alıb.

Kvirtiya görüntüləri zarafatla "Hörümçək-Qadın" adlandıraraq, belə bir addımın böyük cəsarət tələb etdiyini, lakin həyat üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Sözügedən kadrlar sosial mediada geniş müzakirələrə səbəb olub və istifadəçilər təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini bir daha xatırladıblar.

Hüseyn
Milli.Az

Seçilən
8
1
milli.az

2Mənbələr