Ümummilli lideri Heydər Əliyev milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin rəmzidir. O, bütün dövrlərdə Azərbaycanın Xilaskarı olmuşdur.
Birinci hakimiyyəti illərində Azərbaycanın dövlətçilik ənənələrinin, milli ruh və milli ideologiyanın sovet imperiyası tərəfindən məhv edilməsinin qarşısını almış, milli kimliyimizi qoruyub saxlamış, Azərbaycançılıq ideologiyasını inkişaf etdirmişdir.
Müstəqilliyini bərpa edən Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsinin qarşısı da məhz Ulu öndərin Xilaskarlıq missiyası sayəsində alınmışdır.
Məhz o dövrdə Ermənistanın təcavüzünün qarşısı alınmaqla, nümunəvi Milli Ordu quruculuğu başlandı, Qələbəyə hesablanmış uzaqgörən strateji xətt müəyyənləşdi.
Ölkəmizin haqq səsinin dünyaya çatdırdı, beynəlxalq tribunalarda əzmkar çıxışlarla və prinsipial xarici siyasət yürütməklə Ermənistanın faşist simasını dünyaya təqdim etdi.
Heydər Əliyev Qarabağa hədsiz bağlı idi, bu torpaqlara çox sevirdi. Hələ 1970-80-ci illərdə Qarabağda aparılan böyük quruculuq işləri, Şuşa şəhəri və digər rayonların sürətli inkişafı Onun yorulmaz fədakr əməyinin nəticəsində mümkün olmuşdu.
Ulu Öndər Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün bütün gücünü, varlığını sərf edirdi və doğma torpaqlarımıza qovuşacağımıza dərin inamı vardı, deyirdi ki, “Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan torpağıdır. Qarabağda azərbaycanlılar əsrlər boyu yaşamışlar, yenə yaşayacaqlar. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq”.
Onun Varisi, Cənab İlham Əliyev Xilaskarlıq Missiyasını üzərinə götürərək Ata vəsiyyətini yerinə yetirdi, 44 günlük Vətən Müharibəsində erməni faşizminin başını əzdi. Sözsüz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlyi ilə erməni faşizmini məhv edən Rəşadətli Silahlı Qüvvələrin banisi də Ulu Öndərdir.
Bu gün Azərbaycan tarixinin ən Şanlı dövrünü yaşayır. Bu gün Azərbaycanın Xilaskarı Heydərin Əliyevin ruhu şaddır. Onun ən böyük arzusu olan Qarabağın hər bir güşəsində Azərbaycan bayrağı dalğalanır.
Onun böyük adı və kölgəsı həmışə üstümüzdədır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor