Ukrayna Silahlı Qüvvələri üçün silah və sursatların tədarükü üzrə Dövlət Sərhəd Xidməti ilə müqavilənin əsas hissəsi artıq yerinə yetirilib, qalan tədarüklər isə planlaşdırıldığı kimi davam etdirilir. Şirkət bütün tələb və prosedurlara riayət etməklə mövcud müqavilələrə uyğun fəaliyyət göstərir.
Herbiand.az bildirir ki, bu barədə PHU Lechmar şirkətindən bildirilib.
Şirkət vurğulayır ki, tədarük edilən silah və sursatların miqdarı ilə bağlı məlumat məxfidir: “Onların açıqlanması milli təhlükəsizliyə təhlükə yarada bilər. PHU Lechmar şəffaflığı və təhlükəsizliyi təmin etmək üçün müəyyən edilmiş prosedurlar çərçivəsində Dövlət Sərhəd Xidməti ilə əməkdaşlıq edir”.
Bəxtiyar CƏFƏRLİ