AZ

Qalmaqallı testlə bağlı nazirlikdən RƏSMİ AÇIQLAMA

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə paylaşılan foto ciddi müzakirə yaradıb.

Fotonun 3-cü siniflərə verilən kiçik summativ qiymətləndirmə (KSQ) imtahanındakı dərs vəsaitindən götürüldüyü bildirilir. 

Belə ki, şagirdlərə məntiqi ardıcıllığı tamamlamaq üçün misal verilir: 

Atam həyətdə doğrayır: A) odun, B) Adam.

Foto paylaşıldıqdan dərhal sonra ciddi müzakirə yaradıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən “Cebheinfo.az”-a bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.

“Belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb. Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”.

Gülər Həsənli

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr