Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Perm Politexnik Universitetinin Aerokosmik fakültəsinin binasında partlayış baş verib.
Hafta.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib. Məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Həlak olanlardan biri uşaqdır.
Bildirilir ki, partlayış laboratoriyada tədqiqatlar üçün nəzərdə tutulmuş hidrodinamik stendin təzyiqinin aşağı düşməsi səbəbindən baş verib.
Hadisə yerində təcili yardım və digər müvafiq xidmətlərin əməkdaşları işləyir.