AZ

Balaqusarda 112 mənzilli yeni binalar inşa edilir – FOTO

Qusar rayonunda əhalinin rifah halının və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı infrastruktur layihələrinin icrası davam etdirilir. Rayon rəhbərliyi tərəfindən rayonda müxtəlif sahələrdə görülən işlər yerində qiymətləndirilir, layihələrin icra vəziyyəti nəzarətdə saxlanılır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dekabrın 7-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov rayonun Balaqusar nümayəndəliyi ərazisində yenicə inşasına başlanmış, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş, ümumilikdə 112 mənzildən ibarət olan iki ədəd beş mərtəbəli yaşayış binasının tikintisi işləri ilə yerində tanış olublar.

Həmçinin Qusar və ətraf 6 kəndin içməli su təchizatında mühüm rol oynayacaq, 500 min kubmetr tutuma malik “Bənövşə gölü” su anbarında mövcud vəziyyətə baxış keçirilmişdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, sözügedən su anbarının yenidən qurulması və bərpası məqsədilə ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır. Layihə çərçivəsində yaxın müddətdə tikinti-bərpa işlərinə başlanılması nəzərdə tutulur.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
11
1
bizim.media

2Mənbələr