AZ

Paşinyanın təyyarəsi Tver üzərində təxminən bir saat dövrə vurub

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Hava məkanının bağlı olması səbəbindən Moskvaya eniş edə bilməyib

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi hava məkanının bağlı olması səbəbindən Moskvada eniş edə bilməyib və alternativ aerodroma yönləndirilib. AYNA.AZ xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Paşinyanın ACJ319 təyyarəsi təxminən bir saat Tver bölgəsi üzərində eniş icazəsi gözləyərək dövrə vurub, lakin icazə verilməyib. Təyyarə sonda Pulkovo hava limanına (Sankt-Peterburq – red.) yönləndirilib və orada eniş edib.

Ermənistanın Baş naziri Almaniyaya səfərindən sonra Moskvaya yola düşüb. Rusiya paytaxtında o Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Ukraynanın Moskvaya gecə saatlarında etdiyi dron hücumu səbəbindən Moskva hava limanlarında 170-dən çox uçuş təxirə salınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
ayna.az

1Mənbələr