ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Astara rayonunda iki nəfər arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Astara şəhəri, Nizami küçəsində baş verib. Lənkəran rayon sakini, 1996-cı il təvəllüdlü Ərəstun şəxsi münasibətlər zəminində həmyerlisi Ehtiram (adlar şərtidir – red.) ilə mübahisə edib. Ərəstun ara yolda aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə zamanı Ehtirama kəllə zərbəsi vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu işə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.