Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“2017-ci ildə “Əmək pensiyaları haqqında” yeni qanun qəbul olunub. Həmin qanunda pensiya yaşına dair mühüm dəyişikliklər edildi. Belə ki, kişilərin pensiya yaşı əvvəl 63 idi, qadınların isə daha aşağı idi. Qanuna əsasən qərara alındı ki, həm qadınların, həm də kişilərin pensiya yaşı mərhələli şəkildə 65-ə çatdırılsın”.Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.O qeyd edib ki, kişilərdə bu artım prosesi daha qısa müddətdə 4 il ərzində başa çatdı:“Belə ki, 2018, 2019, 2020 və 2021-ci illərdə hər il 6 ay artırılmaqla kişilərin pensiya yaşı 65-ə çatdırıldı və bu proses artıq yekunlaşıb. Qadınlar üçün isə bu keçid dövrü daha uzun 10 il müddətində nəzərdə tutulub. Hazırda qadınların pensiya yaşı 64-dür və hər il 6 ay artırılmaqla bu rəqəm 65-ə çatdırılacaq. Yəni, bu prosesin tamamlanması üçün bir neçə il də vaxt tələb olunur. Qadınlar üçün də 65 yaş pensiya yaşı olaraq müəyyənləşdirildikdən sonra artıq bu proses də dayandırılacaq. Bununla bağlı əlavə bir qanun qəbul olunmur, çünki bu artım artıq qanunla təsbit olunub və hər il büdcə qanunu ilə sadəcə icra olunur. Qanunu isə xalqın seçdiyi deputatlar qəbul ediblər. Yəni, bu artıq qüvvədə olan hüquqi normadır və sadəcə mərhələli şəkildə tətbiq olunur. Nəticədə, həm qadınlar, həm də kişilər üçün pensiya yaşı 65 olacaq”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.