AZ

bp Azərbaycan, Türkiyə və Gürcüstanda boru kəməri şəbəkəsinin modernləşdirilməsi üzrə yenilikləri açıqlayıb

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Gürcüstanda həyata keçirilmiş boru kəmərişəbəkəsinin modernləşdirilməsi layihələri çərçivəsində innovativhəllər və davamlı təkmilləşdirmə üzrə ölçülər tətbiq olunub.

Bunu “BP Exploration Caspian Sea Ltd.”nin korroziya vəmateriallar üzrə mühəndisi Cavid Bejitadze Bakıda keçirilən “AssetIntegrity & Corrosion and Coatings Conference” beynəlxalq konfransıçərçivəsində Trend-əaçıqlamasında bildirib.

“Məqsədimiz korroziyaya qarşı mübarizədə yeni texnologiyalardanistifadə etməkdir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, AGT (Azərbaycan-Gürcüstan-Türkiyə) borukəməri şəbəkəsinin modernləşdirilməsi layihələri çərçivəsindəinnovativ həllər və davamlı təkmilləşdirmə ölçüləri tətbiqolunub.

“Əsas yeniliklər arasında uzaq məsafəli obyektlər üçün xüsusihazırlanmış bərpa olunan enerji ilə işləyən ICCP sistemləri,həmçinin layihələndirməyə inteqrasiya edilmiş dəyişkən və sabitcərəyanın təsirini azaltmaq üçün kompleks tədbirlər yer alır”, –deyə o bildirib.

Bejitadzenin sözlərinə görə, korroziya davamlı prosesdir vəşirkət mütəxəssislərinin əsas vəzifəsi onun sürətini minimumaendirməkdir.

Bunun üçün katod qorunması və qoruyucu örtüklər daxil olmaqlamüxtəlif metodlardan istifadə olunur.

“Biz korroziyanı ləngidən baryerləri nəzarətdə saxlayır vəonların səmərəliliyini artırmaq yollarını daim axtarırıq. Şirkətinplanlarında yeni texnologiyalardan istifadə etmək və avadanlığıtəkmilləşdirmək, infrastruktura korroziyanın təsirini maksimumazaltmaq yer alır. Bundan əlavə, BP korroziyaya qarşı mübarizədəixtisaslaşmış digər şirkətlərlə, o cümlədən katod qorunmasıxidmətləri təqdim edən CTS ilə aktiv əməkdaşlıq edir. Biz ortayaçıxan problemləri müntəzəm müzakirə edir və partnyorlarla birlikdəoptimal həllər axtarırıq”, – deyə Bejitadze vurğulayıb.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr