Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Məşhur müğənni Şakira “Las Mujeres Ya No Lloran” adlı dünya turu çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayresdə səhnəyə çıxıb.
Axşam.az xəbər verir ki, konsertin ən maraqlı məqamlarından biri ifaçının “Acrostico” adlı mahnısını oğulları Milan və Saşa ilə birgə oxuması olub. Onlar 45 min tamaşaçı qarşısında çıxış ediblər.
Şakira sosial media hesabında oğulları ilə birgə ifa etdiyi anları paylaşıb və video 14 saat ərzində 3 milyondan çox bəyənmə alıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.