Gəncədə kişi döş qəfəsinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib
NOCOMMENT.az-a verilən məlumata görə , dünən gecə saat 00:10 radələrində 1996-cı il təvəllüdlü kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Pasiyentə döş qəfəsinin çoxsaylı açıq yarası diaqnozu qoyularaq zəruri tibbi xidmətlər göstərilib.
Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir və müalicəsi müvafiq şöbədə davam etdirilir.