AZ

Macarıstan Milli Assambleyasının sədri TÜRKPA Baş katibini qəbul edib (FOTO)

Bakı. Trend:

10 dekabr 2025-ci il tarixində Macarıstan Milli Assambleyasınınsədri cənab Laszlo Köver Baş katib səfir Ramil Həsənin rəhbərliketdiyi TÜRKPA nümayəndə heyətini qəbul edib.

Bu barədə Trend-ə TÜRKPA-dan məlumat verilib.

Cənab Laszlo Köver TÜRKPA nümayəndə heyətinin ziyarətinə görəminnətdarlığını ifadə edərək onları Macarıstan Parlamenti adındansəmimiyyətlə salamlayıb. O, cənab Həsəni TÜRKPA-nın Baş katibivəzifəsinə seçilməsi və səlahiyyətlərinin icrasına başlamasımünasibətilə təbrik edərək, vacib və məsuliyyətli fəaliyyətlərininuğurla həyata keçirməsi ilə bağlı ona ən xoş arzularını çatdırıb.Cənab Köver ilk dəfə olaraq TÜRKPA Baş katibini MacarıstanParlamentində salamlamaqdan böyük məmnuniyyət duyduğunu da ifadəedib.

Əvvəlcə, Baş katib Parlament sədrinə TÜRKPA üzv parlamentlərininsədrlərinin səmimi salamlarını çatdırıb və Macarıstanın davamlıəməkdaşlığına görə minnətdarlığını bildirib. O, macar və türkxalqları arasındakı dərin tarixi və mədəni əlaqələri xatırladaraq,ortaq irs və dəyərlərin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı qarşıda duran bir sıra vacib məsələlər müzakirəolunub, o cümlədən gələcək vəzifələr, son koordinasiya toplantısı,2026-cı il üzrə fəaliyyət planı və Macarıstan Parlamentinin Avropainstitutları ilə TÜRKPA arasındakı əməkdaşlığın inkişafetdirilməsində oynaya biləcəyi xüsusi rolu vurğulanıb. Baş katibTÜRKPA-nın Qazaxıstanın cari sədrliyi çərçivəsində davam edənfəaliyyətini qeyd edərək, Macarıstan Parlamenti ilə əməkdaşlığınbütün sahələrinin inkişaf etdirilməsində maraqlı olduğunubildirib.

Hər iki tərəf Macarıstan və Türk dövlətləri arasındamünasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib.2014-cü ildən TÜRKPA-da müşahidəçi statusu ilə fəaliyyət göstərənMacarıstanın aktiv iştirakı və TDT-yə güclü dəstəyi, o cümlədəntarixi Budapeşt Zirvəsinə ev sahibliyi, bu inkişaf edəntərəfdaşlığın mühüm göstəriciləri kimi vurğulanıb.

Baş katib ATƏT Parlament Assambleyasının 23-cü Payız Sessiyasıçərçivəsində keçirilmiş koordinasiya toplantısını da xüsusilə qeydedib. O, Macarıstan milli nümayəndə heyətinin rəhbəri cənab AttilaTilkinin iştirakına görə səmimi təşəkkürünü ifadə edərək qeyd edibki, Macarıstanın fəal iştirakı toplantının uğuruna böyük töhfəverib.

“TÜRKPA bu konstruktiv əməkdaşlığı yüksək qiymətləndirir vəMacarıstanın ATƏT PA çərçivəsində ortaq maraqların qorunmasıistiqamətində birgə səyləri davam etdirəcəyinə əminliyini ifadəedir”, - deyə Baş katib əlavə edib.

Baş katib, həmçinin cənab Köverlə türk dövlətləri başçılarınınqeyri-rəsmi zirvə görüşlərinin uğurlu təcrübəsinə əsaslanaraq, üzvparlamentlərin sədrlərinin qeyri-rəsmi görüşlərinin təşkilitəşəbbüsünü də bölüşüb və qeyd edib ki, TÜRKPA sədrlərinin ilkqeyri-rəsmi görüşü 2026-cı ilin aprel ayında İstanbuldaParlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsindəkeçiriləcək. O, əlavə edib ki, Macarıstan Parlamentinin həm buqeyri-rəsmi görüşdə, həm də 2026-cı ildə TÜRKPA-nın Qırğızıstandakeçiriləcək 15-ci Plenar Sessiyasında iştirakı böyük məmnuniyyətləqarşılanacaqdır.

Görüş zamanı Baş Katib “TDT+” konsepsiyası əsasında yeniəməkdaşlıq formatlarının araşdırılması təklifi ilə də bölüşüb. O,hökumətlərarası və parlamentlərarası strukturlar arasında birgəəməkdaşlığın gücləndirilməsinin vacibliyini, bunun Avropa İttifaqıvə Avropa Parlamenti arasındakı əməkdaşlıq modelinə bənzər şəkildə,yüksək səviyyəli qərarların daha səmərəli icrasını təmin edəcəyinivurğulayıb.

Baş katib, həmçinin həm parlamentarilər, həm də ekspertlərsəviyyəsində parlament komitələri, ekspert qrupları və TÜRKPA-nındörd daimi komissiyası çərçivəsində strukturlaşdırılmışəməkdaşlığın genişləndirilməsini təklif edib.

Cənab Köver, həmçinin Macarıstanın Türk dünyası ilə tərəfdaşlığadərin hörmətini vurğulayaraq Parlamentin davamlı əməkdaşlığasadiqliyini təsdiqləyib. Bu kontekstdə, Sədr Baş katibi 2026-cıildə Macarıstanda keçiriləcək Kurultay– Hun və Türk xalqlarınınböyük yığıncağına dəvət edib və qeyd edib ki, bu mühüm mədənitədbirdə onun iştirakı böyük məmnuniyyətlə qarşılanacaq.

Görüşün sonunda Baş katib 2026-cı ilin aprel ayında Macarıstandakeçiriləcək parlament seçkiləri ilə bağlı ən xoş arzularınıçatdırıb və Macarıstan ilə TÜRKPA arasında əməkdaşlığın qarşıdakıillərdə də davam edəcəyinə əminliyini ifadə edib.

TÜRKPA nümayəndə heyəti üçün təşkil edilmiş bələdçili parlamentgəzintisi Macarıstan Parlamentinin ikonik binası ilə yaxından tanışolmaq imkanı yaradıb. Dunay çayının sahilində qürurla ucalan,Budapeşt panoramasının ayrılmaz hissəsi və UNESCO-nun Dünya Mədəniİrs Siyahısına daxil edilmiş bu neoqotik memarlıq incisi öz əzəmətiilə unudulmaz təəssüratla yadda qalıb.

Baş katibi onun müavinləri Talgat Aduov, Muhammet Alper Hayali,Komissiya katibi Aynurə Abutalıbova və Protokol xidmətinin rəisiYadigar Məmmədov müşayiət edib.

Macarıstan Parlamentindən isə sədrin Katibliyinin müavini AndrasVirag, sədrin xarici əlaqələr üzrə müşaviri Peter Sardi, xariciəlaqələr üzrə direktor müavini Beatriks Kese, şöbə müdiri LayoşKohari, mətbuat şöbəsinin müdiri Zoltan Szilagyi və tərcüməçi ErikaKorodidən ibarət nümayəndə heyəti görüşdə iştirak edib.

Macarıstan
Macarıstan
Macarıstan
Macarıstan
Macarıstan
Macarıstan
Məqalədə:
Seçilən
57
5
az.trend.az

6Mənbələr