ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dağıstanda qadının qardaşı onun haqqında dedi-qodu yayan kişini az qala dilindən edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash Gor" teleqram kanalı məlumat yayıb.
Hadisə Kumtorkala kəndində baş verib. İlkin məlumata görə, kişi bacısı haqqında şayiələr uyduraraq onun sosial məsuliyyətini şübhə altına alan tanışını söhbətə çağırıb. Mübahisə zamanı o, qarşı tərəfin dilini bıçaqla kəsməyə cəhd edib, lakin nəticədə onun yanağına və çiyninə xəsarət yetirib.
Hadisə yerinə gələn sahə müvəkkili də aqressiv kişinin hücumuna məruz qalıb. O, hüquq-mühafizə orqanı əməkdaşına müqavimət göstərib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.