AZ

İnsanların 75% i gününün azı 2 saatını yolda keçirir “Bolt”dan SORĞU VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Artıq uzun illərdir ölkənin avtomobil bazarında müşahidə olunan artım özünü mənfi mənada paytaxt küçələrində göstərir. Bakıdakı nəqliyyat sıxlığına baxmayaraq, hələ də avtomobil alanların sayı durmadan artır, ölkə gömrüyünə il ərzində 100 minə yaxın nəqliyyat vasitəsi daxil olur. Bu da son nəticədə Bakı küçələrinin keçilməzliyinə gətirib çıxarır. Tıxaclar insanların ömür dəqiqələrinin ən çox xərcləndiyi məqama çevrilir. İnsanların gün ərzində yaşadığı stressin böyük hissəsi tıxacın payına düşür.

Avtosfer.az xəbər verir ki, ölkənin taksi sektorunun inkişaf böyük dəstək verən “Bolt” şirkəti bu mövzuda da bəzi ölkələrdə sorğu keçirib. Keçirilən sorğu və onun nəticələri ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı rəy bildirib. O qeyd edib ki, insanlar normal düşüncə ilə evdən, yaxud işdən çıxsa da, 5 dəqiqə sonra yolda elə bir hadisə ilə rastlaşır ki, emossiyaları tamamilə dəyişir:

“”Bolt” tərəfindən aparılan araşdırma çox maraqlı yanaşmanı ortaya qoyur. Mən bu məlumatları bizimlə paylaşdığı üçün Nigar xanıma təşəkkür edirəm. O, “Bolt”un Azərbaycandakı ictimaiyyətlə əlaqələr üzrə meneceridir. Bu məlumat hər birimiz üçün faydalı ola bilər. Aidiyyəti qurumlar üçün də faydalıdır. Araşdırmalar göstərir ki, tıxaclara xərclənən vaxt hər ötən gün daha da artır. Bu, hamımızın həyatında özünü göstərməkdədir.

Şəxsi avtomobil, ictimai nəqliyyat, taksi və mikromobillik vasitələrindən geniş istifadə şəhərin ümumi hərəkət yükünü formalaşdırır. Dövlət qurumları infrastrukturun yenilənməsi, mikromobillik marşrutlarının genişləndirilməsi və xüsusi zolaqların yaradılması istiqamətində ardıcıl addımlar atsa da, nəqliyyat vasitələrinin çoxluğu insanların yolda keçirdiyi vaxtı hələ də artırır.

Bolt şirkətinin Azərbaycandakı ictimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Kazimova bunu belə izah edir: “Bakı kimi böyük şəhərlərdə insanların yolda keçirdiyi vaxt artıq gündəlik həyatın əsas mövzularından birinə çevrilib. Nəqliyyat seçimi, infrastrukturun rahatlığı və alternativlərin mövcudluğu birbaşa insanların həyat keyfiyyətinə təsir edir”.

Bu reallıq fonunda nəqliyyat seçimi, infrastrukturun əlçatanlığı və marşrut planlaması insanların yol vaxtına ciddi təsir edir. Yeri gəlmişkən, ictimai nəqliyyatdan istifadə edənlər üçün deyim ki, “AYNA Maas” sistemi artıq istifadəyə verilib. Siz bu tətbiqi öz telefonunuza yükləyib avtobusların hərəkətini rahat şəkildə izləyə bilərsiz. Şəxsi avtomobildə necə lokasiya üzrə hərəkət etmək mümkün idisə, artıq ictimai nəqliyyatda da bu məsələ öz həllini tapıb.

Şəxsi avtomobillər tıxac və parklanma problemləri səbəbindən daha çox vaxt aparsa da, mikromobillik, paylaşılan mobillik və ictimai nəqliyyat uyğun şəraitdə daha səmərəli alternativlər təqdim edir. Paylaşılan mobilliyin inkişafı yalnız yol yükünü azaltmır, həm də gündəlik hərəkət prosesini daha rahat və az yorucu edə bilər.

Bolt-un 10 ölkədə 3 300-dən çox insan arasında apardığı beynəlxalq sorğu da bunu təsdiqləyir. Sorğu göstərir ki, iştirakçıların 75%-i hər gün və ya həftədə 4-6 dəfə yol səfəri edir, onların təxminən yarısı isə gündə 1 saatdan çox yolda vaxt keçirir. Bu göstəricilər bəzi ölkələrdə 2 saatı da keçir.

Sorğunun psixoloji nəticələri də diqqət çəkir: 20–30% insan gündəlik yol prosesinin onların psixoloji vəziyyətinə daimi mənfi təsir etdiyini, əlavə olaraq 35%-i bəzən təsir göstərdiyini deyib.

Bu məlumatları şərh edən Nigar Kazimova onu da qeyd edib ki, sorğu açıq şəkildə uzun yol vaxtı təkcə fiziki yorğunluq deyil, həm də psixoloji yükün yaratdığı göstərir. Aktiv nəqliyyat növləri və paylaşılan mobillik isə insanların həm stressini azaldır, həm də şəhər həyatını daha əlçatan edir.

Sorğu iştirakçıları ən çox tıxacların azalmasını, daha qısa yol vaxtını, aktiv nəqliyyat imkanlarının artırılmasını, daha yaxşı ictimai nəqliyyat əlçatanlığını və çevik iş modellərini həll yolu kimi qeyd ediblər. Nəticələr göstərir ki, şəhərlərin mobillik strategiyalarına aktiv nəqliyyat, mikromobillik və paylaşılan mobillik kimi alternativlərin inteqrasiyası insanların həyat keyfiyyəti və psixoloji rifahı üçün mühüm rol oynaya bilər.

“Bolt” 10 ölkədə — Estoniya, Litva, Fransa, Almaniya, İsveç, Polşa, Çexiya, Rumıniya, Portuqaliya və Nigeriyada daha böyük şəhərləri hədəf alaraq sorğu keçirib. Sorğunun keçirilməsi üçün “SurveyMonkey” platforması (Fransa, Almaniya, İsveç, Polşa, Çexiya, Rumıniya, Portuqaliya və Nigeriya üzrə), Estoniya və Litva üzrə isə “Norstat”dan istifadə olunub. Ümumi cavab sayı 3335 nəfər təşkil edib”.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
avtosfer.az

1Mənbələr