Ötən gün ölkə üzrə bir neçə İcra Hakimiyyəti eyni gündə tender keçirib.
Hurriyyet.az xəbər verir ki, həmin tenderlər əsasən abadlıq və təmir işləri ilə bağlı olub.
Belə ki, İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı şəhərində yerləşən Heydər Əliyev adına parkda abadlıq işlərinin ikinci mərhələsinə start verib. “İSMAYILLI TİKİNTİ-27” ASC-nin qalibi olduğu tenderin dəyəri isə 156 min 129 manat təşkil edib.
İkinci tenderi Beyləqan rayon İcra Hakimiyyəti reallaşdırıb. Məqsəd Beyləqan şəhərinin küçələrində abadlıq işlərinin aparılmasıdır. “BAKU BUILDING” MMC-nin qalibi olduğu tenderin dəyəri isə 87 min 928 manat olub.
Bu yaxınlarda bir neçə əməkdaşı korrupsiya faktına görə saxlanılan Qaradağ İcra Hakimiyyəti də prosesdən kənarda qalmayıb.
Sözügedən qurumun Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi Qaradağ rayonunda küçə və parklarda görüləcək abadlıq işləri üçün razılaşma əldə edib. “PROQRESS İNŞAAT EN” MMC ilə bağlanılmış müqavilənin dəyəri isə 588 min 710 manat olub.
Ağdaşın yeni icra başçısı da həmkarları ilə ayaqlaşmaq istəyir. Orxan Hüseynzadə Ağdaş şəhər, Heydər Əliyev prospekti ilə Ağdaş Ləki yolunun kəsişən ərazisində abadlıq, yenidənqurma və cari təmir işlərininin aparılması məqsədilə mal-materialların, ağac və gül kollarının satınalınmasını qərarelaşdırıb. Bununla bağlı keçirilən tenderin qalibi “RƏZ” MMC olub. Tərəflər arasında 74 min 996 manatlıq müqavilə bağlanıb.
Sonuncu tenderi isə Bərddə İcra Hakimiyyəti keçirib. Belə ki, mənzil fondunun əsaslı təmir işlərini həyata keçirən qurum “DREAM CONSTRUCTİON COMPANY” MMC ilə anlaşıb. Bu işlərə görə isə 195 min 219 manatlıq müqavilə bağlanılıb.
Qeydd edək ki, İcra Hakimiyyətlərinin ilin sonuna doğur belə fəallaşması səbəbsiz deyil. Belə ki, dövlət qurumları ilin sonuna doğur büdcələrində qalan pulları xərcləmək üçün bu addımı atırlar. Səbəb isə yeni büddcədən vəsait almaqdır. Yəni, əgər İcra Hakimiyyətlərinin büdcəsində ilin sonuna kimi qalıb vəsait qalarsa, mərkəzdən növbəti ildə həmin məbləğdə pulun verilməsi dayandırılır. Bir sözlə, büdcələri kiçildilir. Ona görə də, ilin sonuna kimi bütün büdcəni xərcləyərək, yeni ildə daha çox vəsait almaq üçün çalışırlar.
Tribuna.az