Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda yol hərəkəti qaydasını pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 12-də, paytaxtın Mərdəkan yolunda qeydə alınıb. Belə ki, 77-CS-510 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü svetoforun əlavə bölməsinin işığının sönməsini görən anda hərəkətə başlayıb. O, qırmızı işıqda keçərək yoluna davam edib. Xoşbəxtlikdən digər istiqamətdə yüksək sürətlə hərəkət edən avtomobil olmayıb. Əks halda qəza qaçılmaz ola bilərdi. Sağ zolaqda dayanan "Opel" markalı avtomobilin sürücüsü qırmızı işıqda keçən avtomobilə reaksiya verərək hərəkət etməyə başlayıb. Lakin qırmızı işığın yandığını görərək stop xətti keçib dayanıb.
Sözügedən videonu təqdim edirik.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.