ain.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Ziya Bünyadov prospektində tuneldə baş vermiş yol qəzası avtomobilin kamerasına düşüb.
Bakıda icarəyə götürdüyü maşınla kobud qayda pozan sürücü qəza törətdi - ANBAAN VİDEO
Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 11-də saat 06:52 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, tuneldə hərəkətdə olan “Hyundai” markalı avtomobil qəfil zolağından çıxaraq idarəetməni itirir. Nəticədə maşın dönərək əks istiqamətə fırlanır və beton arakəsməyə çırpılır.
İlkin ehtimallara görə, qəzaya sürücünün avtomobil üzərində nəzarəti itirməsi səbəb olub. Hadisə zamanı avtomobilə ciddi maddi ziyan dəyib, sürücü isə bədən xəsarətləri alıb. Xoşbəxtlikdən digər nəqliyyat vasitələrinə maddi ziyan dəyməyib.
Məlumata görə, avtomobili idarə edən şəxs qadın sürücü olub.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.