AZ

Bakının bu küçəsində yol tənzimlənmədiyi üçün qəzalar qaçılmaz olur VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yaranan ciddi hərəkət təhlükəsizliyi problemi ilə bağlı narahatlığını bildirib.

Avtosfer.az xəbər verir ki, Aqil Rəhimov həmin ərazidə piyadalar və sürücülər üçün real təhlükə yaradan vəziyyətin uzun müddətdir davam etdiyini qeyd edib.

Onun sözlərinə görə, Təbriz küçəsindən metro istiqamətinə hərəkətdə, “Metropark” ticarət mərkəzi yaxınlığındakı hissədə piyadaların yolu keçməsi olduqca çətindir. Sürücülərin əsas yolda hərəkət edən nəqliyyata məhəl qoymadan dönmə manevrləri etməsi burada tez-tez xaosa səbəb olur.

Aqil Rəhimov bildirib ki, problemin əsas mənbəyi məhz sola dönən avtomobillərdir və bu manevr hərəkət axınını pozaraq qəza riskini artırır. Məşqçinin fikrincə, burada dərhal tənzimləyici tədbirlər görülməlidir.

Onun sözlərinə görə, əraziyə ya svetofor qoyulmalı, ya da sola dönməyə icazə verilməməlidir. Mütəxəssis qeyd edir ki, məcburi hərəkət istiqamətinin düzünə təyin olunması vəziyyəti xeyli yaxşılaşdıracaq.

Qəza əleyhinə təlimçi həmçinin vurğulayıb ki, xüsusilə saat 11-dən sonra ərazidə ciddi qarışıqlıq yaranır və bu da sürücülər üçün olduğu qədər piyadalar üçün də təhlükə yaradır. Əgər svetofor quraşdırılması mümkün deyilsə, onun fikrincə, heç olmasa sola dönüşün qadağan edilməsi problemi xeyli azaldar.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
avtosfer.az

1Mənbələr