AZ

Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Xətai rayonunda yerləşən avtomobil bazarında aparılan təmir və yenidənqurma işlərindən sonra giriş hissəsinə şlaqbaum quraşdırılıb. 

Avtosfer.az xəbər verir ki, Babək prospektindəki bazara daxil olan hər bir nəqliyyat vasitəsindən 50 qəpik giriş haqqı tutulur. Yeni tətbiq edilən qayda isə sürücülər arasında narazılıq yaradıb.

Təcili yardım və yanğınsöndürən bura necə keçsin? - Binaların həyətləri xaotik avtopark - VİDEO

Sürücülərin bir qismi bildiriblər ki, məsələ heç də 50 qəpik ödəniş deyil, illərdir bazara gedərək ehtiyat hissələri dükanlarına, ustalara və digər xidmət obyektlərinə kifayət qədər vəsait xərcləyirlər. “Onsuz da biz həmin obyektlərə xeyir veririk, bazarın dolanışıqları əsasən bizim hesabımızadır. Girişə əlavə pul qoyulması düzgün deyil”, – deyə narazı sürücülər bildiriblər.

Onlar hesab edirlər ki, əgər bazarda təmir işləri görülübsə, bu, alqışlanmalıdır, lakin xərclərin vətəndaşların üzərinə əlavə yük kimi yüklənməsi ədalətli görünmür. Sürücülərin fikrincə, bu cür obyektlər onsuz da gündəlik dövriyyəni bazara gələn sakinlərin hesabına formalaşdırır və əlavə giriş pulu həm psixoloji narazılığa, həm də bazara gediş-gəlişin azalmasına səbəb ola bilər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
avtosfer.az

1Mənbələr