AZ

Almaniya İsveçə IRIS-T SLS HHM sistemləri tədarük edəcək

Almaniyanın “Diehl Defence” şirkəti İsveç Müdafiə Avadanlıqları İdarəsindən (FMV) IRIS-T SLS qısa mənzilli hava hücumundan müdafiə (HHM) sistemləri ilə bağlı sifariş alıb.

“Poliqon” “Diehl Defence”yə istinadən xəbər verir ki, sifarişə IRIS-T SLS üçün buraxıcı qurğuların satın alınması, o cümlədən ehtiyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.

İsveç uzun illərdir IRIS-T konsorsiumunun tərəfdaşıdır və IRIS-T “hava-hava” idarə olunan raketindən “Gripen” döyüş təyyarələrində istifadə edir. “Hava-hava” versiyasına əlavə olaraq, İsveç qısa mənzilli hava hücumundan müdafiə üçün yerüstü IRIS-T SLS sistemini də tətbiq edir və 2025-ci ilin iyununda orta mənzilli hava hücumundan müdafiə sistemi IRIS-T SLM-in yeddi atəş bölməsinin satın alınmasına qərar verib.

IRIS-T SLS qısa və çox qısa mənzilli SHORAD kateqoriyasını aiddir. Sistem standart IRIS-T “hava-hava” idarəolunan raketindən heç bir dəyişiklik edilmədən istifadə edir. Yüksək çevikliyə malik bu raketlər hərbi qulluqçulara və infrastruktur obyektlərinə raketlərdən, təyyarə hücumlarından və zirehli hücum helikopterlərindən 360 dərəcə müdafiə təmin edir. Digər üstünlük isə İsveçin də iştirak etdiyi IRIS-T raketinin çoxməqsədli qabiliyyətidir. Bu raket uzun illərdir “Gripen” təyyarələrinin üstün “hava-hava” silahlanması kimi istifadə olunur. “Yer-hava” variantı ilə birlikdə bu, hava hücumundan müdafiə sistemi qurmaq üçün effektiv və sərfəli həll hesab olunur. Hazırda IRIS-T ailəsindən 21 ölkə istifadə edir.

Seçilən
17
poliqon.az

1Mənbələr