sLitva, Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarına və şirkətlərinə məxsus əmlakın müsadirəsi və davam edən hibrid hücumlarla bağlı Belarusa rəsmi etirazını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb, xəbəri LRT sitat gətirib.
Belarusiyanın Litvadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılaraq, Minskə hava məkanına effektiv nəzarət etməyi və “qanunsuz olaraq saxlanılan” əmlakı geri qaytarmağı tələb edən nota təqdim olunub.
Litva Belarus hakimiyyətini ölkəyə qanunsuz siqaret daşıyan hava şarlarının göndərilməsində və onların müntəzəm olaraq mülki aviasiyanın fəaliyyətinə mane olmaqda ittiham edir.
Litva Belarusla sərhədi müvəqqəti bağladıqdan sonra, Minsk Belarus ərazisində olan bütün Litva yük maşınlarının hərəkətini dayandırıb. Avtomobillər hələ də ölkədə saxlanılır. Rəsmi Minsk problemin həlli üçün iki ölkənin xarici işlər nazirlikləri səviyyəsində danışıqların aparılmasını tələb edir.