Türkiyənin bir dönəmə damğa vuran “Kolonya Cumhuriyeti” filmi ilə bağlı sürpriz qərar verilib.
“Cebheinfo.az” xəbər verir ki, filmin ikinci hissəsi çəkilib.
21 aprel 2017-cildə təqdim olunan filmin baş rollarında Çağlar Çorumlu, Büşra Pekin, Mahir İpek, Ersin Korkut, Uğur Bilgin və Gülhan Tekin kimi məşhurlar çəkilirdi.
“KEM Yapım” filmin hüquqlarını “BKM Film”dən satın alıb. Beləliklə, 9 il sonra “Kolonya Cumhuriyeti 2” filmi çəkiləcək.
“KEM Yapım”ın rəhbəri Kemalhan Balçık filmi çox sevdiyi üçün ikincisini çəkmək istədiyini deyib:
“Mənim üçün çox özəl mənası olan, təkrar-təkrar izlədiyim “Kolonya Cumhuriyeti”nin davam filmində həm layihənin özünəxas motivlərini, həm də günümüzdəki izləyicilərə xitab edən yumor anlayışını təqdim etməyi hədəfləyirik”.
Qeyd edək ki, filmin çəkilişlərinə 2026-cı ilin ikinci yarısında başlanılacaq. “Kolonya Cumhuriyeti 2”-də kimlərin çəkiləcəyi isə qarşıdakı günlərdə açıqlanacaq.