Bu ilin yanvar-oktyabr aylarında ölkədən 125,5 milyon ABŞ dolları dəyərində 113,9 min tondan çox ilkin formalarda polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 3,2 faiz və ya 3,9 milyon dollar, həcmi isə 5,1 faiz və ya 5,5 min ton artıb.
Cari ilin ilk 10 ayında polietilenin ümumi ixracda xüsusi çəkisi 0,58 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,2 faizə bərabər olub.