BAKI, 11 dekabr. TELEQRAF
Azərbaycanda milli süni intellekt modelinin hazırlanması planlaşdırılır. Bunun üçün ifrastruktur Bakıya gətirilib və onların quraşdırılması işləri gedir. Modelin ilk versiyasının təqdim edilməsi biraz vaxt çəkə bilər, lakin biz ümid edirik ki, iki il ərzində bu iş görüləcək.
Bu barədə Teleqraf-a açıqlamasında Milli Süni İntellekt Mərkəzində baş süni intellekt mühəndisi Xalid Hüseynov deyib.
O qeyd edib ki, infrastrukturun quraşdırlması artıq cari ay ərzində başa çatacaq:
“İnfrastrukturun hazırlanması işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindəngörülür:
“Quraşdırılma mərhələsindən sonra artıq datanın yığılması işləri gedəcək. Ölkə üzrə çoxlu data yığılmalıdır. Yəni Azərbaycanda bütün kitablar və s. kimi alətlərdən məlumatlar bazaya yığılmalıdır. Ondan da sonra artıq model ülərində işlər gedəcək. Bu işlər planlı şəkildə gedir. Birinci, infrastrukturun hazırlanması, ikinci datnın yığılması və bazanın yaradılması və üçüncü, modelin hazırlanması.
infrastrukturun quraşdırılması dekabr ayında qurtarmalıdır və gələn ildən artıq biz digər mərhələlərə keçə bilərik. Bu infrastruktur təkcə bizim fərdi istifadəmiz yox, bütün ölkə üzrə istifadə üçün nəzərdə gutulub. Biz bu istiladəçilərdən biriyik.
Bu o deməkdir ki, digər ölkədəki şirkətlər və yaxud da dövlət qurumları da bu buluddan, qrafik proseslərdən istifadə edə biləcəklər”.
O qeyd edib ki, datanın yığılması və modelin quraşdırılaraq öyrədilməsi özü yüksək dərəcədə çətin prosesdir:
“Bizim süni intellekt mühəndislərimizin bu sahədə ekspert bilikləri var. Bu işlər müəyyən vaxt alacaq. Bizim “ChatGPT” və yaxud beynəlxalq universitetlərlə əməkdaşlarımızla əlaqələrimiz var. Bizim ABŞ universitetlərilə də əlaqəmiz var.
Yeri gəlmişkən qeyd edim ki, “ChatGPT”nin istifadəyə verilməsindən sadəcə üç il ötüb. Yəni, birinci model 2022-də bıraxılıb. Bu sistem hər altı ay və ya bir ildən-bir yenilənir. Biz ümid edirik ki, artıq 2 ildən sonra Azərbaycan vətəndaşları milli süni intellekt modelindən istifadə edə biləcək”.