AZ

Pezeşkian: Müsəlman ölkələri ilə əməkdaşlıq dərinləşdirilməlidir

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran prezidenti Məsud Pezeşkian Qazaxıstana səfəri öncəsi müsəlman ölkələri arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bakıvaxtı.az bu barədə Tasnim-ə istinadən xəbər verir.

O, səfərin prezident Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutduğunu və iqtisadi, mədəni, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkan yaratdığını bildirib.

Pezeşkianın sözlərinə görə, müvafiq komissiyalar artıq bir sıra sahələr üzrə razılıqlar əldə edib. İran lideri Türkmənistanda keçiriləcək "Sülh və Etimad Sammiti"nə də qatılacağını və orada regional sülh, təhlükəsizlik məsələlərinin müzakirə olunacağını qeyd edib.

O, səfərdə İranın iqtisadi nümayəndə heyətinin onu müşayiət edəcəyini və Qazaxıstanla ticarət dövriyyəsinin artırılacağına ümid etdiyini vurğulayıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
bakivaxti.az

1Mənbələr