ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Cənubi Qafqaz regionunda nəqliyyat layihələri Rusiya və İranın iştirakı olmadan gəlirli deyil.
Gununsesi.info“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri-nümayəndəsi Dmitri Litskay deyib.
Onun sözlərinə görə, həm Rusiyanı, həm də İranı əhatə edən marşrutlar əsasən sınaqdan keçirilmiş, inteqrasiya proseslərinə əsaslanan layihələrdir. Qərbin irəli sürdüyü layihələrdə isə, o cümlədən neft emalı sahəsində hansı ki, Rusiyanın və İranın ərazilərini yan keçməyi nəzərdə tutur iqtisadi yox, daha çox siyasi məqsəd dayanır.
“Burada ən vacib məsələ layihələrin gəlirliliyi və siyasi təsirdən uzaq olmasıdır. Çünki hazırda regionda müxtəlif nəqliyyat dəhlizlərinin yaradılması prosesi aktivləşib. Hamı, xüsusilə Ermənistanda, ‘Sülh kəsişməsi’ layihəsini eşidib. İndi də çox dəbdə olan “Tramp yolu” layihəsidir. Amma istənilən halda son sözü gəlirlilik, logistika, yük mənbəyinin mövcudluğu və keçid dəyəri deyir”, – Litskay bildirib.
Diplomat hesab edir ki, Qərb ölkələri üçün əsas hədəf yüklərin bəzi ölkələri yan keçməsi olsa da, bu, layihələrin gəlirliliyinə, faydasına və tələbatına ziddir.
“Rusiya və ya İranın daha böyük nəqliyyat dəhlizindən çıxarılmasını nəzərdə tutan layihələr əvvəlcədən zərərli və səmərəsizdir. Məncə, bu, iqtisadi əməkdaşlıq üçün ən doğru baza deyil”, – o vurğulayıb.
O əlavə edib ki, regionun üç ölkəsi, eləcə də Rusiya, İran və Türkiyəni bir masa arxasına toplayan “3+3” formatı bütün tərəflərin maraqlarını nəzərə alır və eyni zamanda regional güclərlə əməkdaşlığı da istisna etmir.
Litskayın fikrincə, “3+3” platforması Şimal–Cənub dəhlizi kimi beynəlxalq nəqliyyat marşrutlarının, eləcə də digər layihələrin inkişafına obyektiv şəkildə əlavə təkan verə bilər.
Şəbnəm
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.