ABŞ-da Avropa ölkələrinin iştirakı olmadan "Böyük Yeddilər" (G7) qrupunə alternativ yaratmaq ideyası müzakirə olunur. Bu barədə “Politico” məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın yeni Milli Təhlükəsizlik Strategiyası, ölkələrin həm varlı, həm də demokratik şəkildə idarə olunmasını tələb edən G7 tələbləri ilə məhdudlaşmayan böyük güclər orqanı yaratmağı təklif edir. Vaşinqton "Əsas Beşlik" (Core 5, C5) yaratmaq istəyir ki, buna ABŞ, Çin, Rusiya, Hindistan və Yaponiya daxil olacaq.
"Böyük Yeddilər" kimi, bu birlik də konkret mövzular üzrə sammitlər keçirəcək. C5-in təklif olunan gündəliyində ilk maddə Yaxın Şərqdə təhlükəsizlik, xüsusən də İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasıdır.
Daha əvvəl Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Joze Borrel, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasının dərc edilməsini Avropa İttifaqına (Aİ) qarşı siyasi müharibə elanı adlandırmışdı. Borrelin fikrincə, Avropa liderləri "qorxaq və özündən razı sükutla" gizlənərək "Trampın onların əleyhinə olmadığını təsəvvür etməyi dayandırmalıdırlar". Buna görə də o, Avropa İttifaqının müxtəlif sahələrdə suverenliyini qətiyyətlə müdafiə etməyə çağırıb.
Almaz Həsənli