Bu gün dünyanın sepatizmdən, terrordan əziyyət çəkdiyi məqamda Avropa İttifaqı müharibə cinayətlərində ittiham olunan erməniləri himayə edir.
QHT.az xəbər verir ki, bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilmiş Tərəfdaşlıq Şurasının VI iclası nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənəddə Azərbaycan xalqına qarşı müxtəlif cinayətlərdə ittiham olunan ermənilər “hərbi əsir” kimi göstərilir. Bu məkrli sənəd Ermənistanın oyunudur, yoxsa Avropa İttifaqının erməni separatizminə gələcək dəstəyidir? Bu bilmək olmur. Amma, lakin o dəqiq və aydındır ki, separatizmə, terrorçuluğa qarşı mübarizə davam etməlidir:
"Bu gün tarixi ədalətin qələbəsinin nəticəsidir ki, Azərbaycan xalqına qarşı qətldə, separatçılıq əməllərində ittiham olunan ermənilərin bir qisminin Bakı şəhərində məhkəmə prosesi aparılır. Düşünürəm ki, məhkəmə çox ədalətli qərarlar çıxararaq canilərə layiqli cəzalarını verəcək. Amma bir narahatedici məqam ondan ibarətdir ki, müharibə cinayətləri törədən, yüzlərlə dinc azərbaycanlılarının qətlinə fərman verən bəzi ermənilər, xüsusilə, keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və digərləri hələki istintaqa cəlb olunmayıb. Belə vələdüznaların məhkəmə qarşısına çıxarılması çox zəruridir.
Tarixin müxtəlif dönəmlərində müharibə cinayətlərində ittiham olunan və beynəlxalq ədalət məhkəməsinin hökmü nəticəsində bir çox qaranlıqlara işıq salınıb. Xüsusilə, II Dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi".
QHT sədri həmçinin bildirib ki, əslində soyqırım törədən, dinc insanların ölümünə bais olan cinayətkarların cəzalandırılması baxımından belə faktlar bəşəriyyət üçün çox yaxşı təcrübədir. Bu da onu göstərir ki, beynəlxalq hüquq separatizmi, terrorçuluğu heç zaman dəstəkləmir.