AZ

İstanbulda yanğın Üç uşaq həyatını itirdi, biri ağır yaralandı

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda ikimərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə naməlum səbəbdən yanğın baş verib.

Bu barədə Redaktor.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, gecə saatlarında baş verən yanğın nəticəsində üç uşaq ölüb, biri ağır yaralanıb.

Yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər və yaxınlıqdakı sakinlər tərəfindən evdə olan dörd uşaq çıxarılaraq xəstəxanaya aparılıb.

Uşaqlardan Özden Sepetçi (2 yaş), Cennet Çelikkol (9 yaş) və Zülfikar Sepetçi (5 yaş) həyatını itirib, Muhammet Ali Çelikkol (11 yaş) isə ağır yaralanıb.

Qeyd edilir ki, uşaqların anası Selvi Sepetçi yanğın zamanı evdə olmayıb, digər övladı Ela Nuru xəstəxanaya aparıbmış.

Yanğınla bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
redaktor.az

2Mənbələr