ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Danimarkanın milli poçt xidməti olan "PostNord" 31 dekabrdan sonra poçt xidmətləri siyahısından məktublaşmanı dayandıracaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şirkət bununla yanaşı, 170 ildən şoxdur fəaliyyət göstərən və istifadədə olan poçt qutularını satışa çıxaracaq.
"PostNord"dan o da bildirilib ki, ilin sonunda son məktubla bu sahə "dəfn olunacaq": "1200 poçt qutusu isə xeyriyyə kampaniyası olan "Danmarks Indsamling"ə bağışlanacaq. Ona qədərsə, daha dəqiqi, 15 dekabrda 1000 poçt qutusu onlayn satışa çıxarılacaq. Onların hər biri Fotex pərakəndə satış şəbəkəsinin veb saytında 1500-2000 Danimarka kronu (200-267 avro) arasında dəyişən qiymətlərlə satılacaq. Yanvar ayında isə danimarkalı rəssamlar tərəfindən dizayn edilmiş daha 200 poçt qutusu hərraca çıxarılacaq".
Məlumatda deyilir ki, "PostNord"un bu günə qədər ölkədə təxminən 1500 poçt qutusu var: "Bu qutuların hazırkı dizaynı 1876-cı ilə gedib çıxır. Danimarkada ilk poçt qutusu 1851-ci ildə Kopenhagendə quraşdırılıb".
Samir MUSAYEV
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.