ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Ölkənin baş prokuroru vəzifəsini icra edən ABŞ Ədliyyə Nazirliyi saxlanılan tankerin ABŞ sanksiyalarını pozaraq Venesuela və İrandan neft daşıdığına inanır.
Bizimyol.info xəbər verir ki, bu barədə departament rəhbəri Pam Bondi "X" sosial şəbəkə hesabında müvafiq məqalə dərc edib.
"Bu gün Federal Təhlükəsizlik Bürosu (FTB), Daxili Təhlükəsizlik Departamenti və ABŞ Sahil Mühafizəsi Müdafiə Nazirliyinin dəstəyi ilə Venesuela və İrandan sanksiyalı neft daşımaq üçün istifadə edilən neft tankerinin ələ keçirilməsi üçün order icra etdilər", - deyə Bondi bildirib. O, gəminin "xarici terror təşkilatlarını dəstəkləmək" üçün istifadə edildiyini iddia edib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela sahillərində neft tankerinin saxlanılmasını təsdiqləyib və ABŞ-ın nefti saxlamağı planlaşdırdığını qeyd edib. Tramp həmçinin gəminin sahibi haqqında məlumatların açıqlanacağını bildirib.
Çərşənbə günü "Bloomberg" mənbələrə istinadən ABŞ ordusunun Venesuela sahillərində bir neft tankerini ələ keçirdiyini və saxladığını bildirib. Agetliyin məlumatına görə, gəmi sanksiya siyahılarındadır. Qeyd edilir ki, bu addım iki ölkə arasında gərginliyin ciddi şəkildə artmasına işarə edir. Agetlik proqnozlaşdırır ki, tankerin saxlanması Venesuela neft ixracını çətinləşdirə bilər, çünki digər yükdaşıyıcılar respublikadan karbohidrogenləri qəbul etməkdə daha az istəkli olacaqlar.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.