Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İsrail Neft Şurası Energetika naziri Eli Kohenə ölkənin Eksklüziv İqtisadi Zonasında təbii qaz axtarışı üçün yeni bir proses başlatmağı tövsiyə edib.
Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən məlumata görə, tender ilin sonuna qədər dərc olunacaq və təxminən 8500 kvadrat kilometrlik altı bloku əhatə edəcək.
Tender sahələri əvvəllər toplanmış geoloji tədqiqatlar və seysmik məlumatlar əsasında seçilib. Məsələn, şərqi Aralıq dənizində hələ də yüz milyardlarla kubmetr təbii qaz ehtiyatı var, nazirlik mövcud məlumatlara istinadən bildirib.
Eli Kohen kəşfiyyatın genişləndirilməsinin vacibliyini vurğulayıb. "Təbii qaz, ümumiyyətlə, dünyada və xüsusən də Yaxın Şərqdə iqtisadi və siyasi mövqeyimizi gücləndirən strateji bir aktivdir. Buna görə də, Energetika naziri kimi mənim siyasətim qaz kəşfiyyatını genişləndirmək, beynəlxalq enerji şirkətlərini İsrailə investisiya qoymağa cəlb etmək və daxili bazar və ixrac üçün təbii qaz istehsalını artırmaqdır", - deyə Energetika naziri bildirib.
Prosedura əsasən, müəyyən bir ərazi üçün hər bir qalib qrup üç il müddətinə qüvvədə olan kəşfiyyat lisenziyaları alacaq. Bu müddət ərzində qaz kəşfi potensialını qiymətləndirmək üçün məcburi iş proqramı tamamlanmalıdır. Bu mərhələ başa çatdıqdan sonra, əlavə iş proqramının təsdiqlənməsi şərtilə, lisenziyalar tamamilə və ya qismən ümumilikdə yeddi il müddətinə uzadıla bilər.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.