ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
ABŞ və İsrail, Yaxın Şərq regionunda öz məqsədlərinə çatmaq üçün İran üzərində maksimum təzyiq göstərməyə davam etməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə BMT-də ABŞ-ın Daimi Nümayəndəliyinin rəhbəri Mayk Volts və İsrail Prezidenti İsxak Herzoq arasında keçirilən görüşün nəticələrinə əsasən məlumat verilib.
"Onlar İran üzərində maksimum təzyiqin davam etdirilməsinin zəruriliyini müzakirə etdilər. Həmçinin, Volts və Herzoq Prezident Donald Trampın Qəzzə müharibəsinin dayandırılmasına dair kompleks planının mümkün qədər tez həyata keçirilməsinin vacibliyi barədə həmfikir oldular. Bu planın məqsədi radikal Fələstin hərəkatı HƏMAS-ın demilitarizasiyasını təmin etmək və onun gələcəkdə Qəzza bölgəsindəki fəaliyyətini istisna etməkdir", – deyə məlumatda bildirilir.
Bundan əlavə, Herzoq və Volts, BMT-də "antisemitizm və İsrailə qarşı qərəzli münasibətə" qarşı birgə mübarizə aparmaq barədə razılığa gəldilər.
Qeyd edək ki, 13 iyun gecəsi İsrail İran üzərində hərbi əməliyyat başlatdı. İran respublikası cavab hücumu həyata keçirdi. ABŞ 22 iyun tarixində bu münaqişəyə qoşulub, İsfahan, Natanza və Fordo şəhərlərindəki İranın nüvə obyektlərinə zərbələr endirdi. Növbəti gün İran, Qətərdə Yaxın Şərqin ən böyük ABŞ hərbi bazası olan Əl-Udeydə hücum etdi. Bunun ardınca ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs rejimi tətbiq etməyə razı olduqlarını açıqladı. Atəşkəs 24 iyun tarixində qüvvəyə mindi.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.