Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ qüvvələri Venesuela sahillərində sanksiya siyahısında olan “Skipper” adlı neft tankerini ələ keçirib. Əməliyyat barədə məlumatı ABŞ prezidenti Donald Tramp açıqlayıb.Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Dəniz Qvardiyası, Daxili Təhlükəsizlik İdarəsi, Federal Təhqiqat Bürosu və Hərbi Dəniz Qüvvələri birgə əməliyyat keçirib. Tramp tankerin indiyə qədər ələ keçirilən ən böyük tanker” olduğunu bildirib və başqa tədbirlərin də davam etdiyini vurğulayıb.ABŞ rəsmilərinin açıqlamasına görə, gəmi İran neftinin gizli şəbəkə vasitəsilə daşınmasında şübhəli sayılırdı. Baş Prokuror Pam Bondi yayımladığı videoda tankerin uzun müddətdir izlənildiyini və əməliyyatın sanksiya pozuntuları ilə bağlı aparıldığını qeyd edib.Venesuela hökuməti hadisəni kəskin tənqid edərək bunu beynəlxalq piratlıq və açıq-aşkar oğurluq adlandırıb. Karakas məsələni beynəlxalq hüquq müstəvisində qaldıracağını açıqlayıb.
Əməliyyat neft bazarında qiymətlərin yüksəlməsinə təsir edib və ABŞ-Venesuela xəttində onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib.Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.